Hindistan Putinin səfərinin məqsədini açıqladı

Hindistan Putinin səfərinin məqsədini açıqladı
28.11.2025 12:19 Dünya

Rusiya Prezidenti Vladimir Putinin Hindistana rəsmi səfəri zamanı iki ölkə regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Hindistan hökumətinin saytında məlumat yerləşdirilib.

“Qarşıdan gələn dövlət səfəri Hindistan və Rusiya rəhbərliyinə ikitərəfli münasibətlərdə irəliləyişləri müzakirə etmək, xüsusi imtiyazlı strateji tərəfdaşlığın möhkəmləndirilməsi perspektivlərini formalaşdırmaq, qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparmaq imkanı verəcək”, - deyə ölkənin Xarici İşlər Nazirliyi qeyd edib.

Səfər zamanı Vladimir Putin Hindistan Baş naziri Narendra Modi ilə görüşəcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər