Hindistan 2026-nın ilk kosmik uçuşunu uğursuzluqla başa çatdırdı
Hindistanın 2026-cı ildə ilk kosmik buraxılışı olan "EOS-N1" Yer müşahidə peykini daşıyan dördmərhələli "PSLV-DL" raketinin buraxılışı uğursuzluqla başa çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə "The Hindu" qəzeti məlumat yayıb.
Uğursuzluğa kosmik gəminin nəzərdə tutulan aşağı Yer orbitinə çatmasına mane olan buraxılış vasitəsinin üçüncü mərhələsindəki nasazlıq səbəb olub.
Aysel Mətləb