Hərbi bazaya qanunsuz daxil oldular: İki Latviya vətəndaşı saxlanıldı

Hərbi bazaya qanunsuz daxil oldular: İki Latviya vətəndaşı saxlanıldı
08.10.2026 21:41 Dünya

Böyük Britaniyada yaşayan iki Latviya vətəndaşı İngiltərənin Kambricşir qraflığındakı Kral Hərbi Hava Qüvvələrinin Molsuort bazasına qanunsuz daxil olduqları üçün saxlanılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Skotland-Yardın açıqlamasında bildirilib.

Qeyd olunub ki, saxlanılan şəxslər oktyabrın 8-nə keçən gecə hasarda dəlik açaraq hərbi obyektə daxil olublar. Onlar bazanın yaxınlığında avtomobil saxladıqları üçün hərbi polisin diqqətini çəkiblər.

Skotland-Yarddan bildirilib ki, saxlanılanlardan birinin 36, digərinin isə 32 yaşı var. Onlar əvvəlcə qadağan olunmuş əraziyə qanunsuz daxil olmaq və əmlaka zərər vurmaqda şübhəli bilinərək saxlanılıblar. Hazırda isə onların milli təhlükəsizlik haqqında qanunu pozduqları da ehtimal edilir.

Hər iki şəxs Kambricşirdəki polis bölmələrindən birində saxlanılır.

Aysel Mətləb

XƏBƏR LENTİ
08 OKTYABR 2026
Bütün Xəbərlər