HƏMAS İsraili girovları öldürməklə hədələdi

HƏMAS İsraili girovları öldürməklə hədələdi
07.06.2025 17:43 Dünya

Fələstinin HƏMAS hərəkatı İsrail ordusunu hədələyib.

TodayPress TV xəbər verir ki, bu barədə hərəkatın hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları"nın nümayəndəsi Əbu Ubeydə "Telegram" kanalında verdiyi açıqlamada bildirib ki, Qəzza zolağında saxlanılan israilli girov Matan Tsangukerin yerləşdiyi yerə yaxınlaşan İsrail hərbçiləri onun həyatını riskə atır.

“İsrail əsgərləri girov Matan Tsangukerin saxlanıldığı ərazini mühasirəyə alıblar. Biz açıq şəkildə bəyan edirik ki, onlar onu sağ xilas edə bilməyəcəklər. Girovun ölümü üçün tam məsuliyyət İsrail ordusunun üzərinə düşür”, - deyə bəyanatda bildirilib.

Qeyd edək ki, girovun dəqiq harada saxlanıldığı barədə məlumat verilməyib.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər