Həbsxanada iğtişaş: 30-dan çox məhbus öldü
Noyabrın 9-da Ekvadorun Maçala şəhərindəki həbsxanada üsyan baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə məhbuslarla bağlı məsələlərlə məşğul olan xidmət məlumat yayıb.
Nəticədə 31 məhkum həlak olub.
Məlumata görə, ölümlərə səbəb boğulma olub. Hakimiyyət orqanları baş verənlərlə bağlı araşdırma aparır.
Türkan İsgəndərli