Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!”
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin sülhlə bağlı heç bir niyyətinin və planının olmadığını bildirib.
TodayPress TV xəbər verir ki, Fidan İsrailin bütün platformalardan öz mövqelərini və qanunsuz strategiyalarını irəli sürmək üçün istifadə etdiyini deyib.
“Bunu təkcə biz deyil, bütün dünya görür. İsrailin sülhlə bağlı nə niyyəti, nə də planı var”, - deyə Fidan bildirib.
Nazir qeyd edib ki, region ölkələri və beynəlxalq ictimaiyyət İsrailin ekspansionist siyasətinin qarşısını almaq üçün lazımi diplomatik tədbirlər görməsə, bu, təkcə regional deyil, qlobal böhrana səbəb ola bilər.
Kübra Musayeva