Gürcüstanın keçmiş baş naziri 5 il azadlıqdan məhrum edildi

Gürcüstanın keçmiş baş naziri  5 il azadlıqdan məhrum edildi
12.01.2026 16:46 Dünya

Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili günahını etiraf edib. O, beş il həbs cəzasına və 1 milyon lari cəriməyə məhkum olunub.

TodayPress TV  "Kommersant"a istinadən xəbər verir ki, Qaribaşvilinin qanunsuz sahibkarlıq fəaliyyəti və gəlir bəyannamələrində verdiyi yalan məlumatlar səbəbindən evində müsadirə edilən pullar da ələ keçirilib.

Təhlükəsizlik xidmətləri ötən ilin oktyabrında keçmiş məmurların evlərində aparılan axtarış zamanı 7 milyon dollardan çox vəsaiti müsadirə etmişdi.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər