Gürcüstanın Baş naziri Aİ-ni ittiham edir

Gürcüstanın Baş naziri Aİ-ni ittiham edir
20.08.2025 13:45 Dünya

“Avropa İttifaqı (Aİ) Gürcüstana münasibətdə ikili standartlar tətbiq edir”.  

TodayPress TV xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib. 

Onun sözlərinə görə, Gürcüstan gələcəkdə Aİ-yə üzv olmaq istəyir, lakin müstəqillik və suverenlik prinsiplərindən imtina etməyəcək. 

Baş nazir bildirib ki, Gürcüstan obyektiv göstəricilər baxımından Aİ-yə daxil olmaq istəyən digər ölkələri və ittifaqa üzv bəzi dövlətləri üstələyir, lakin buna baxmayaraq, Aİ-nin münasibəti ədalətsiz olaraq qalır.   

Aysel Mətləb

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər