Gürcüstanda uran satmaq istəyənlər saxlanıldı

Gürcüstanda uran satmaq istəyənlər saxlanıldı
17.07.2025 16:15 Dünya

Gürcüstanın xüsusi xidmət orqanları Batumidə radioaktiv uran satmaq istəyən iki nəfəri saxlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Baça Mqeladze məlumat verib.

Məlumata görə, onlardan biri Gürcüstan, digəri isə xarici ölkə vətəndaşı olub.

Mqeladze bildirib ki, saxlanılan şəxslər nüvə materialı olan uranı 3 milyon dollara satmaq istəyiblər. Məlum olub ki, bu maddə terror aktları və partlayıcı qurğuların hazırlanmasında istifadə oluna bilər.

Hadisə ilə bağlı istintaq Cinayət Məcəlləsinin 230-cu maddəsi ilə aparılır. Bu maddə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutur.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər