Gürcüstanda müxalifət partiyasının lideri saxlanıldı
Gürcüstanın müxalifət partiyalarından biri olan "Güclü Gürcüstan"ın liderlərindən Aleko Elişvili Tbilisi Şəhər Məhkəməsinin dəftərxana binasını yandırmağa cəhdə görə saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, A. Elişvili barəsində cinayət işi üzrə saxlanılıb:
"Onunla görüşməyə icazə verilib-verilmədiyi hələ məlum deyil. Hazırda əlimizdə olan tək məlumat budur: bu gün səhər saatlarında küçədə saxlanılıb və cinayət maddəsi ilə tutulub".
Hadisə ilə bağlı əlavə detallar hələlik açıqlanmayıb.