Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş

Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş
05.08.2026 22:43 Dünya

Gürcüstanda növbəti miqyaslı elektrik enerjisi kəsintisi Enquri SES-in fəaliyyətinin qəza səbəbindən dayanması nəticəsində baş verib.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Elektrik Sisteminin bəyanatında deyilir.

"Ölkədə iyulun 24-ü və 25-də sistem qəzası baş verdikdən sonra Enquri SES-də müəyyən işlər aparılıb. Xüsusilə, stansiyanın müvafiq avadanlığını öyrənmək məqsədilə elektrosistemin nominal tezliklərdən fərqlənən rejimdə, təcrid olunmuş şəkildə işləməsi məcburi olub ki, bu da ölkə üzrə elektrik enerjisinin müvəqqəti kəsilməsinə səbəb olub", – deyə bəyanatda bildirilib.

Məlumata görə, dərhal elektrik enerjisinin təchizatının bərpası istiqamətində tədbirlər görülüb. İşıq verilşi qismən artıq bərpa olunub, yaxın vaxtlarda isə elektrik enerjisi bütün Gürcüstanda bərpa ediləcək.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər