Gürcüstanda hökumət çevrilişinə cəhd: 4 ildə...

Gürcüstanda hökumət çevrilişinə cəhd: 4 ildə...
17.07.2025 16:03 Dünya

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, son dörd il ərzində ölkədə dörd dəfə inqilab etmək cəhdləri qarşısı alınıb.

TodayPress TV xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb.

“Bu dörd il ərzində biz dörd inqilab cəhdinin qarşısını aldıq. Buna baxmayaraq, regionda və Avropada iqtisadi artım tempinə görə birinci yerdə qalırıq”, - deyə o vurğulayıb.

Baş nazir əlavə edib ki, Gürcüstana qarşı xaricdən şantaj və ultimatumlar davam edir, lakin ölkə belə çətin şəraitdə belə stabil iqtisadi inkişafı təmin edə bilir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər