Gürcüstan tarixi addım atacaq

Dünya

14.02.2026 12:30

Gürcüstan hökuməti ətraf mühitin qorunması və vətəndaşların sağlamlığının təmin olunması istiqamətində ciddi addım atmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə Gürcüstan KİV məlumat yayıb.

Ölkə 2027-ci ildən başlayaraq plastik qablaşdırmaların istifadəsini mərhələli şəkildə qadağan edəcək.

Qərara əsasən, 1 iyul 2027-ci ildən etibarən Gürcüstanda plastik qablaşdırmada təqdim olunan məhsulların həm istehsalı, həm də xaricdən idxalı dayandırılacaq. Bu qadağa ölkənin ekoloji təhlükəsizlik strategiyasının əsas elementlərindən biridir.

Bundan əlavə, içkilərin plastik butulkalarda satışı ilə bağlı məhdudiyyət daha erkən tətbiq olunacaq. Belə ki, 2027-ci ilin qışından etibarən içkilərin plastik şüşələrdə satışı rəsmi olaraq qadağan ediləcək.

Jalə Rövşən 

TodayPress TV

tag: Plastik qablaşma ,Gürcüstan ,Sağlamlıq ,Qərar ,Todaypress.tv,