Gürcüstan: “Aİ və İsveç ekstremizm bazasını maliyyələşdirir”

Gürcüstan: “Aİ və İsveç ekstremizm bazasını maliyyələşdirir”
23.05.2025 17:34 Dünya

Gürcüstan parlamentinin sədri Şalva Papiuaşvili Avropa İttifaqının (Aİ) Tbilisidəki nümayəndəliyini və İsveç səfirliyini ölkədə ekstremizmin ideoloji əsaslarını maliyyələşdirməkdə ittiham edib.

TodayPress TV xəbər verir ki, bu barədə o, “Vzglyad” qəzetinə açıqlamasında bildirib. 

Papiuaşvili bu bəyanatı “Beynəlxalq şəffaflıq – Gürcüstan” adlı QHT-nin hökuməti “nizamsız və qeyri-legitim” adlandırmasına cavab olaraq səsləndirib.

“Xalq tərəfindən seçilmiş hakimiyyəti “qeyri-legitim” adlandırmaq, dezinformasiya yaymaq, demokratik institutları inkar etmək və ekstremizmin ideoloji bazasını yaratmaq deməkdir” deyə spiker vurğulayıb.

Papiuaşvili əlavə edib ki, Avropa İttifaqı və İsveç nümayəndəliklərinin bu cür ekstremizmin dəstəklənməsinə  öz vətəndaşlarının vergiləri hesabına reaksiyasız qalması çox təhlükəlidir”.

Qiymət Mahir

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər