Günəşdə qeyri-adilik göründü
Günəşin səthində nəhəng "təbəssümlü üz" əmələ gəlib.
TodayPress TV xəbər verir ki, bu barədə Günəş Astronomiya Laboratoriyası məlumat verib.
Bildirilir ki, təxminən 1,5 milyon kilometr ölçüsündə bu üz Günəşi təmsil edir. Alimlərin açıqlamasına görə, Günəşin “gözləri” iki böyük aktiv bölgədir, təbəssüm isə yarım milyon kilometr ölçüsündə bir çıxıntıdan yaranıb.
Hazırda Venera, Merkuri və Mars kimi Yerə yaxın planetlər Günəşin uzaq tərəfində yerləşir.
Türkan İsgəndərli