“Google” İran rialını ucuzlaşdırdı
Dünya
12.01.2026 16:09
“Google” şirkəti İran rialının məzənnəsini avroya qarşı hesablayarkən onu 0,00-a qədər yuvarlaqlaşdırıb. Bu, İran valyutasının kəskin ucuzlaşması fonunda baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Bildirilib ki, 2026-cı ilin əvvəlindən bəri İran rialı dollar və avroya qarşı təxminən 2300% dəyər itirib. Hazırda 1 avro təxminən 1,2 milyon riala, 1 dollar isə 1 milyon riala bərabərdir.
Xatırladaq ki, dekabrın 28-dən etibarən İranda milli valyutanın devalvasiyası ilə əlaqədar kütləvi etirazlar başlayıb. Hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib, etirazların dağıdılması üçün gözyaşardıcı qaz və hava silahlarından istifadə olunub. Ən böyük aksiyalar Tehranda, ən sərt toqquşmalar isə Məlikşah, Kirmanşah və Lordeqan şəhərlərində qeydə alınıb.
Türkan İsgəndərli
tag: Google,İran,Məzənnə,Rial,Todaypress.tv,
