Girnədə faciə qurbanlarının sayı artdı
Şimali Kiprin Girnə şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Baş naziri Ünal Üstel məlumat yayıb.
O qeyd edib ki, bugünədək aparılan axtarışlar nəticəsində 5 itkin tapılıb. Həyatını itirən insanların sayı 13, hələ də itkin sayılanların sayı isə 15-dir.
Baş nazir axtarış-xilasetmə işlərinin fasiləsiz şəkildə davam etdiyini vurğulayıb.
Aysel Mətləb