Gələcək savaş Avropada olacaq
Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdəki qarşıdurmanın yaxın həftələrdə Avropaya da yayıla biləcəyi iddia edilir.
TodayPress TV xəbər verir ki, İranın Avropadakı “yatmış hüceyrələri”nin aktivləşdirildiyi barədə xəbərlər yayılıb.
Bir neçə kəşfiyyat qurumunun, xüsusilə Böyük Britaniya ilə bağlı xəbərdarlıqlar etdiyi bildirilir.
İddialara əsasən, Böyük Britaniya və Ukraynaya yaxın digər Avropa ölkələrində əvvəlcədən elan edilməyən, koordinasiya olunmuş hücumlar baş verə bilər.
Məlumatda qeyd olunur ki, Avropada mümkün yeni münaqişə üçün tərəflərin artıq hazırlıq gördüyü və belə bir qarşıdurmanın həftələr və ya aylar ərzində başlaya biləcəyi iddia edilir.
İddiaların konkret hansı kəşfiyyat qurumlarının məlumatlarına əsaslandığı açıqlanmır.
Jalə Rövşən