Fransada son 50 ilin ən böyük yanğını: Ordu səfərbər olundu

Fransada son 50 ilin ən böyük yanğını: Ordu səfərbər olundu
25.07.2026 13:20 Dünya

Fransanın Baş naziri Sebastyan Lekornyu ölkənin cənub-qərbindəki yanğınlarla mübarizə aparmaq üçün əlavə hərbi bölmələrin göndərildiyini açıqlayıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "Sky News" məlumat yayıb.

Qeyd edilib ki, hazırda fəaliyyət göstərən hərbçilərə daha 15 bölmə qoşulacaq ki, bunun da nəticəsində meşə yanğınları zonasında hərbçilərin ümumi sayı 1000 nəfəri ötəcək.

Baş nazirin sözlərinə görə, əhalinin həssas qruplarına tibbi yardım göstərmək üçün silahlı qüvvələrin səhiyyə xidməti də səfərbər ediləcək. Bundan əlavə, təxliyəyə kömək məqsədilə polis əməkdaşlarının səfərbər olunduğu bildirilir.

Vurğulayaq ki, Fransanın cənub-qərbində 14 min hektar ərazini əhatə edən yanğın ölkədə son 50 ilin ən dağıdıcı fəlakəti olub.


XƏBƏR LENTİ
25 IYUL 2026
Bütün Xəbərlər