Fransada siqaret çəkmək qadağan edilidi

Fransada siqaret çəkmək qadağan edilidi
28.06.2025 18:00 Dünya

Fransa hökuməti iyunun 30-dan etibarən siqaret çəkmə qaydalarında ciddi dəyişiklik edəcək.

TodayPress TV xarici mediaya istinadən xəbər verir ki, yeni qaydalara əsasən, həmin gündən etibarən ölkədə parklar, çimərliklər və avtobus dayanacaqlarında siqaret çəkmək qadağandır.

Qadağa həmçinin kitabxanaların, üzgüçülük hovuzlarının və məktəblərin qarşısındakı açıq sahələri də əhatə edir. Lakin kafelərin terrasları bu qadağaya daxil deyil.

Qanunun pozulmasına görə vətəndaşlara 135 avro cərimə tətbiq olunacaq.

Lakin siqaret qadağasında elektron siqaretlər və vape cihazları ilə bağlı xüsusi qeyd yoxdur.

Qeyd edək ki, statistikaya əsasən, Fransada hər il siqaretlə bağlı səbəblərdən təxminən 75 min insan həyatını itirir. Rəy sorğularına görə, fransızların 60 faizindən çoxu ictimai yerlərdə siqaret qadağasını dəstəkləyir.

Töhfə Səməd

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər