Fransada Makronun impiçmenti yenidən gündəmdədir
Sol yönümlü “Əyilməz Fransa” partiyası Fransa parlamentinə Prezident Emmanuel Makronun vəzifədən uzaqlaşdırılması ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyi planlaşdırır.
TodayPress TV Fransa KİV-ə istinadən xəbər verir ki, bu barədə partiyanın parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
O, həmçinin parlamentin partiya tərəfindən irəli sürülən, Müdafiə naziri Sebastyan Lekornyunun rəhbərlik etdiyi hökumətə qarşı etimadsızlıq qətnaməsini qəbul etməməsindən təəssüfləndiyini bildirib.
“Cəmi 18 səs çatmadı”, – deyə Pano əlavə edib.
Jalə Rövşən