Fransada "Grinch" tankerinin kapitanı həbs edildi
Fransa Hərbi Dəniz Qüvvələrinin cənub sahillərinə qədər müşayiət etdiyi "Grinch" tankerinin kapitanı ilkin istintaq çərçivəsində saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə "Marsel" prokurorluğu məlumat yayıb.
Prokurorluğun açıqlamasına görə, 24 yanvar 2026-cı ildə tanker kursunu dəyişərək Fos-sür-Mer körfəzində lövbər saldıqdan sonra gəminin kapitanı Fransa Hərbi Dəniz Qüvvələri tərəfindən məhkəmə orqanlarına təhvil verilib. 58 yaşlı Hindistan vətəndaşı barəsində 22 yanvar 2026-cı ildən başlanmış ilkin istintaq çərçivəsində həbs-qətimkan tədbiri seçilib.