Fransada çaylar bir-bir quruyur

Fransada çaylar bir-bir quruyur
04.08.2026 04:22 Dünya

Fransada kiçik çay və axarlarda suyun səviyyəsi iyulun sonuna olan vəziyyətə görə ilin bu dövrü üçün tarixi minimum həddə enib.

TodayPress TV bu barədə "Le Figaro"ya istinadən xəbər verir.

Fransa Biomüxtəliflik Bürosunun (OFB) hesabatına əsasən, ölkə rekord quraqlıqla üz-üzə qalıb. Hazırda 1 373 kiçik çayda tamamilə qurumuş sahələr qeydə alınıb. Təkcə iyul ayı ərzində belə su hövzələrinin sayı 550-dən çox artıb.

Qurumun məlumatına görə, mövcud vəziyyət hətta 2022-ci ildə qeydə alınmış tarixi quraqlığı da geridə qoyub. Həmin il tamamilə quruyan su axarlarının sayı indiki göstəricidən 112 vahid az olub.

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər