Fransa səfirliyi əməkdaşları İrandakı iğtişaşlar səbəbindən ölkəni tərk edir
Tehrandakı Fransa səfirliyinin bəzi işçiləri ölkədə davam edən iğtişaşlar fonunda İranı tərk ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə "AFP" agentliyi məlumat yayıb.
Bildirilib ki, söhbət diplomatik missiyanın yanvarın 11-də və 12-də ölkədən çıxan ikinci dərəcəli personalından gedir. Geri çağırılan əməkdaşların dəqiq sayı açıqlanmır.
Ümumilikdə, Fransanın İrandakı səfirliyində təxminən 30 əcnəbi və bir neçə onlarla yerli işçi fəaliyyət göstərir.
Aysel Mətləb