Fransa Rusiya donanmasını izləməyə başladı
Fransa Hərbi Dəniz Qüvvələrinə məxsus “Dupuy de Lome” adlı kəşfiyyat gəmisi Baltik dənizinə daxil olaraq Rusiya Hərbi Dəniz Qüvvələrini, o cümlədən “kölgə donanmasını” izləməyə başlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə Estoniyanın “Postimees” qəzeti məlumat yayıb.
Məqalədə bildirilib ki, elektromaqnit kəşfiyyat avadanlıqları ilə təchiz olunmuş gəmi 21 may tarixində Helsinkiyə çatıb və əsas gəmiçilik yolları boyunca patrul fəaliyyətinə başlayıb.
Bu hadisə Polşa Baş naziri Donald Tuskun “Baltik dənizi gələcəkdə daimi qarşıdurma məkanına çevrilə bilər” bəyanatından dərhal sonra baş verib.
Qiymət Mahir