Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı

Fransa İslam fondunu faydasız hesab etdi, maliyyə dəstəyini dayandırdı
13.08.2026 17:56 Dünya

Fransa İslam Fondu (FIF) ölkənin Daxili İşlər Nazirliyinin qərarı ilə ictimai faydalı təşkilat statusundan məhrum edilib.

TodayPress TV xəbər verir ki, nazirliyin qərarı avqustun 13-də ölkənin rəsmi bülletenində dərc olunub.

Bu, fonda dövlət maliyyə dəstəyinin dayandırılmasına səbəb olub ki, nəticədə onun gələcək mövcudluğu üçün təhlükə yaranıb.

Status fondun təxminən 1,5 milyon avro məbləğində maliyyə bazasını və onun Direktorlar Şurasında dövlətin iştirakını təmin edirdi. 2024-cü ildə təşkilatın nümayəndələri əlavə vəsait olmadan onun öz fəaliyyətini dayandıra biləcəyi barədə xəbərdarlıq etmişdilər.

Qeyd edək ki, 2018-ci ildən fonda rəhbərlik edən Qalib Benşeyx bildirib ki, maliyyələşmənin azaldılması, daha sonra isə dayandırılması faktiki olaraq təşkilatı bu vəziyyətə gətirib çıxarıb. Onun sözlərinə görə, fond artıq uzun müddətdir ki, maliyyə çətinlikləri yaşayır və ləğv edilə bilər.

XƏBƏR LENTİ
13 AVQUST 2026
Bütün Xəbərlər