Fransa ABŞ-nin iştirakı ilə İsrail və Livan arasında razılaşma təklif etdi

Fransa ABŞ-nin iştirakı ilə İsrail və Livan arasında razılaşma təklif etdi
15.03.2026 02:30 Dünya

Fransa hakimiyyəti İsrail və Livan arasındakı gərginliyi ABŞ vasitəçiliyi ilə həll etmək üçün bir plan təklif edib. 

TodayPress TV xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadən məlumat yayıb. 

Bildirilib ki, Livan hakimiyyəti planı sülh danışıqlarının əsası kimi qəbul edib, ABŞ və İsrail isə bu təklifi nəzərdən keçirir. 

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Livan hakimiyyətinin ölkənin cənub hissəsində hərbi əməliyyat aparan İsraillə birbaşa danışıqlara hazır olduğunu və Fransanın bu danışıqlara öz ərazisində ev sahibliyi etməyə hazır olduğunu bildirib. 

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Bütün Xəbərlər