Fransa ABŞ-ni beynəlxalq hüququ pozmaqda ittiham etdi

Dünya

09.11.2025 22:22

"ABŞ-nin Cənubi Amerika sahillərində həyata keçirdiyi hərbi hücumlar beynəlxalq hüquq və dəniz qanunvericiliyinin pozulmasıdır".

TodayPress TV xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “Le Journal du Dimanche” nəşrinə müsahibəsində deyib.

Nazir bildirib:

“Biz ABŞ-nin beynəlxalq sularda həyata keçirdiyi zərbələri narahatlıqla izləyirik. Bu, beynəlxalq hüquq və dəniz hüququnun açıq şəkildə pozulması deməkdir.”

Barro vurğulayıb ki, Fransa narkokartellərin güclənməsinə və regionda təhlükəsizlik təhdidlərinin yaranmasına qarşıdır, lakin Paris Vaşinqtondan fərqli olaraq zorakı metodlar deyil, qanuni yolla — narkotacirlərin həbsi və narkotrafikin qarşısının alınması istiqamətində fəaliyyət göstərir.

Qiymət Mahir

tag: ABŞ,Fransa,Cənubi Amerika ,Jan-Noel Barro,Todaypress.tv,