Fon der Lyayen: “Aİ Arktikada müdafiə xərclərini artıracaq”

Fon der Lyayen: “Aİ Arktikada müdafiə xərclərini artıracaq”
23.01.2026 13:37 Dünya

Avropa İttifaqı (Aİ) Ağ Ev lideri Donald Trampın hərəkətlərinə cavab olaraq Arktika zonasına silah və hərbi texnikanın tədarükünün artırılmasına və buzqıran gəmilərin alınmasına qərar verib.

TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen məlumat verib.

"Biz uzun müddətdir ki, Arktika zonasının təhlükəsizliyinə kifayət qədər investisiya qoymamışıq və indi bunu müdafiə vəsaitlərimizlə düzəltmək niyyətindəyik. Biz buzqıran gəmilər də daxil olmaqla, Arktikaya hazır silah və avadanlıqlar almağı düşünürük", - deyə o qeyd edib.

Xatırladaq ki, yanvarın 20-də ABŞ prezidentinin Qrenlandiyaya qarşı iddialarına cavab olaraq, Aİ müxtəlif səviyyələrdə üzv dövlətlərin nümayəndələrinə amerikalı həmkarları ilə əlaqə saxlamağı və onlara Avropanın güc ilə cavab verə biləcəyini çatdırmağı tapşırıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər