Fitso: “Slovakiya Rusiya enerjisindən imtinanın əleyhinədir”
“Slovakiya Rusiya enerjidaşıyıcılarının tədarükünün dayandırılması ilə razı deyil, lakin Avropa İttifaqının (Aİ) rəhbər orqanlarının qərarlarına hörmət etməlidir”.
TodayPress TV xəbər verir ki, bunu Slovakiyanın Baş naziri Robert Fitso vətəndaşlara videomüraciətində səsləndirib.
O qeyd edib ki, Aİ-nin qərarına əsasən, 2027-ci ilin sonunadək Slovakiya Rusiya enerjidaşıyıcılarından imtina etməlidir. Fitsonun sözlərinə görə, Şərqdən olan enerji asılılığı Qərbdən asılılıqla əvəz olunacaq.
Aysel Mətləb