Fitso: "“Rusiyaya qarşı nöbvbəti sanksiya effektiv olmayacaq”
Slovakiyanın Baş naziri Robert Fitso bəyan edib ki, Rusiyaya qarşı nəzərdə tutulan 18-ci sanksiyalar paketi zahirən cəlbedici təsir bağışlasa da, onun effektivliyi şübhə doğurur.
TodayPress TV xəbər verir ki, bu barədə "Ruptly"nin "Telegram" kanalında yayımlanan videoda məlumat verilib.
“18-ci paket çox cəlbedici görünür. Hesab edirəm ki, bu paketdən çox şey gözlənilir, lakin heç bir real effekt olmayacaq”, – deyə o bildirib.
Fitso əlavə edib ki, yeni sanksiyaların qəbulunu zəruri hesab etmir, çünki onun fikrincə, bu addımlar yalnız Rusiya Federasiyasını daha da gücləndirir.
Töhfə Səməd