Finlandiya Ukraynaya "Patriot" verməkdən İMTİNA ETDİ: "Milli maraqlara ziddir"
Finlandiya Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket-interseptorlar vermək niyyətində deyil, çünki bu, milli maraqlara zidd olardı.
TodayPress TV xəbər verir ki, bu barədə Finlandiyanın müdafiə naziri Antti Hakkanen “Ilta-Sanomat” qəzetinə müsahibəsində danışıb.
"Biz öz maraqlarımız naminə əlimizdən gələn hər şeyi etmişik, lakin cəbhəyanı ölkə olaraq hava hücumundan müdafiə sahəsində gələcək döyüş hazırlığımızı təhlükə altına qoya bilmərik”, - deyə o bildirib.
Nazir əlavə edib ki, Finlandiyanın bəzi zenit raketlərinin tədarükü ilə bağlı müəyyən imkanları var, lakin Kiyevə yardım mexanizmləri barədə detalları açıqlamaq niyyətində deyil.
Aysel Mətləb