Filippində tayfun səbəbindən bir milyona yaxın insan təxliyə edildi

Dünya

09.11.2025 12:52

Filippində güclü “Funq Vonq” tayfunu səbəbindən təxminən 900 min nəfər təhlükəsiz ərazilərə təxliyə edilib.

TodayPress TV xəbər verir ki,  bu barədə “The Guardian” yerli mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, təxliyə əsasən ölkənin şərq və şimal bölgələrində aparılıb. Super tayfun yaşayış məntəqələrini leysan yağışları, güclü küləklər və tufanlarla təhdid edir.

Sinoptiklər bildirirlər ki, fırtına 200 millimetrdən çox yağıntı gətirə bilər və bu da genişmiqyaslı daşqınlar və torpaq sürüşmələri riski yaradır.

Qeyd edilir ki, son vaxtlar bölgədə ardıcıl baş verən təbii fəlakətlər artıq ağır nəticələrə səbəb olub.  

Xatırladaq ki, Filippin hələ “Raqasa” qasırğasının təsirlərindən tam bərpa olmamış, ölkəyə “Bualoy” adlı yeni super tayfun da zərbə endirib.

Türkan İsgəndərli

TodayPress TV 

tag: Filippin,Fırtına,Tayfun,Təxliyə,Todaypress.tv,