Filippində qasırğa: 224 ölü, 109 itkin

Filippində qasırğa: 224 ölü, 109 itkin
09.11.2025 09:44 Dünya

Filippində “Kalmaegi” qasırğasının fəsadları ağırlaşıb: ölənlərin sayı 224-ə yüksəlib, 109 nəfər isə itkin düşmüş sayılır.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Ən çox insan tələfatı Sebu adasında qeydə alınıb – 158 nəfər həyatını itirib.

Təbii fəlakət səbəbindən yüz minlərlə sakin evlərini tərk etmək məcburiyyətində qalıb, 53 yaşayış məntəqəsində fövqəladə vəziyyət elan edilib.

TodayPress TV


XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər