Filippində güclü zəlzələ baş verdi: Ölənlər var

Filippində güclü zəlzələ baş verdi: Ölənlər var
01.10.2025 12:00 Dünya

Filippinin mərkəzi Sebu əyalətində baş verən 6,9 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 69-a yüksəlib.

TodayPress TV xəbər verir ki, bu barədə Filippinin Mülki Müdafiə İdarəsi məlumat yayıb.

Bildirilib ki, zəlzələnin episentri olan Boqo şəhərində 30, Medellin şəhərində 10, San Remicio şəhərində 22, Taboqon şəhərində 5, Soqoon və Tabuelan bələdiyyələrində isə 1 nəfər ölüb. Ən azı 147 nəfər yaralanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər