Filippində bərə qəzası baş verdi: Ölənlər var
Dünya
26.01.2026 10:06
Filippinin cənubundakı bir adanın yaxınlığında göyərtəsində 350-dən çox insanın olduğu bərə batıb. Xilasedicilər ən azı 316 sərnişini xilas edib və 15 cəsədi çıxarıblar.
TodayPress TV xəbər verir ki, bu barədə sahil mühafizəsi rəsmiləri məlumat verib.
Bildirilib ki, adalararası yük və sərnişin gəmisi olan “M/V Trisha Kerstin 3” 332 sərnişin və 27 heyət üzvü ilə Zamboanga liman şəhərindən Sulu əyalətinin cənubundakı Jolo adasına doğru hərəkət edərkən texniki problemlərlə qarşılaşıb və gecə yarısından sonra batıb.
Xilas edilən sərnişinlərdən biri, Məhəmməd Xan qeyd edib ki, bərənin bir tərəfi qəfil əyilərək suya girib və qaranlıqda, qucağında 6 aylıq körpəsi olan özü və həyat yoldaşı da daxil olmaqla bir çox insanı dənizə atıb. O və həyat yoldaşı xilas edilib, lakin körpələri boğulub.
Aysel Mətləb
tag: Filippin,Qəza,Bərə,Ölən,Todaypress.tv,
