Filippin əhalisinin sayı 112 milyon nəfəri keçdi
2024-cü il iyulun 1-nə olan məlumata görə, Filippin əhalisinin sayı 112,729,484 nəfərə çatıb.
TodayPress TV xəbər verir ki, bu barədə ölkənin Statistika İdarəsi iyulun 17-də açıqlama verib.
Bu göstərici Filippinin 18 inzibati regionunda yerli vaxtla saat 00:01-də yaşayan şəxslərin ümumi sayını əhatə edir.
Əhali sayına, həmçinin xaricdəki Filippin səfirliklərində, konsulluqlarında və diplomatik missiyalarında çalışan və yaşayan vətəndaşlar da daxildir.
Qiymət Mahir