Fidan: "İsrail sülh istəmir və region üçün təhlükə yaradır"
Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Millətlər Təşkilatında çıxışı zamanı İsrailin Yaxın Şərqdəki fəaliyyətlərini sərt şəkildə tənqid edib.
TodayPress TV xəbər verir ki, bu barədə "Star" qəzeti məlumat yayıb.
O bildirib ki, İsrailin aqressiv hərəkətləri sülh və sabitlik istəmədiyini açıq şəkildə göstərir və bu yanaşma region üçün ciddi təhlükə yaradır.
Nazir çıxışında Fələstin xalqının qanuni hüquqlarının tanınmasının vacibliyini vurğulayıb və Yaxın Şərqdə sülhün təmin olunması üçün müstəqil Fələstin dövlətinin yaradılmasının əsas şərt olduğunu bildirib.
Türkan İsgəndərli