Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi!

Fəthiyə sahillərində yaxta BATDI - 100 nəfər təxliyə edildi!
05.08.2026 00:49 Dünya

Türkiyənin Muğla şəhərinin Fəthiyə rayonunda su almağa başlayan gəzinti gəmisindəki təxminən 100 sərnişin təxliyə edilib.

TodayPress TV xəbər verir ki, Ölüdəniz yaxınlığında üzən gəzinti gəmisi müəyyən edilməyən səbəbdən su almağa başlayıb.

Vəziyyətlə bağlı məlumat verildikdən sonra əraziyə Sahil Mühafizəsi Komandanlığına tabe olan heyətlər yönləndirilib, gəmidə olan təxminən 100 sərnişin xüsusi gəmilərin köməyilə təhlükəsiz şəkildə təxliyə olunaraq Ölüdəniz sahilinə çatdırılıb.

Su alan gəmi ilə bağlı isə xilasetmə işlərinə başlanıldığı bildirilib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
05 AVQUST 2026
Bütün Xəbərlər