Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu”

Fedorov: “Öz ballistik raketimiz hədəfi birbaşa vurdu”
07.08.2026 01:40 Dünya

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorov ölkənin öz ballistik raketinin uğurlu sınaqdan keçirildiyini açıqlayıb.

TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.

O bildirib ki, onun vəzifədən ayrıldığı gün 10 il ərzində hazırlanmış dövlət layihəsi çərçivəsində raketin sınağı keçirilib. Fedorovun sözlərinə görə, layihənin ilkin mərhələsində texniki tapşırığın düzgün hazırlanmadığı, komandanın olmadığı və bir sıra digər problemlərin mövcudluğu səbəbindən lazımi nəticə əldə etmək mümkün olmayıb.

“Buna baxmayaraq, öz ballistik raketimizi sınaqdan keçirdik. Sınaqlar kifayət qədər uğurlu oldu: raket kursdan demək olar ki, heç bir kənara çıxmadan hədəfi vurdu. Bu, birbaşa zərbə idi”, - deyə o bildirib.

Fedorov qeyd edib ki, bundan sonra bütün zəruri sınaqlar tamamlanmalı və raketin döyüş tətbiqinə başlanılmalıdır.

Onun sözlərinə görə, bu tip silahlar ən effektiv vasitələrdən biridir və qarşı tərəfin raket buraxılış qurğularına zərbə endirməyə imkan verir.

Kübra Musayeva

XƏBƏR LENTİ
07 AVQUST 2026
Bütün Xəbərlər