FED rəsmisi vəzifəsindən kənarlaşdırıldı

FED rəsmisi vəzifəsindən kənarlaşdırıldı
26.08.2025 09:15 Dünya

ABŞ Prezidenti Donald Tramp ipoteka krediti alarkən fırıldaqçılıq etdiyi ehtimal olunan ABŞ Federal Ehtiyat Sisteminin (FES) İdarə Heyətinin üzvü Liza Kuku vəzifəsindən azad edib.

TodayPress TV xəbər verir ki, Tramp müvafiq fərmanın mətnini "Truth Social"da paylaşıb.

"Kuk ipoteka müqaviləsi bağlayarkən Miçiqan ştatındakı yaşayış obyektinin növbəti il ərzində onun əsas yaşayış yeri olacağını bildirib. İki həftə sonra o, oxşar sənədləri doldurarkən Corciya ştatındakı başqa bir əmlakı əsas yaşayış yeri kimi göstərib. İkinci öhdəliyi üzərinizə götürdüyünüz anda birinci haqqında məlumatlı olmamağınız ağlasığmazdır", - deyə Tramp qeyd edib.

O, həmçinin əlavə edib ki, Kukun bu cür hərəkətləri potensial cinayət məsuliyyətinə səbəb ola bilər.

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər