Əsəd rejiminin süqutundan sonra Şamda ilk bayram

Əsəd rejiminin süqutundan sonra Şamda ilk bayram
06.06.2025 10:50 Dünya

Suriyanın paytaxtı Şamda yerləşən tarixi əhəmiyyətə malik Əməvi məscidində Qurban bayramı namazı minlərlə insanın iştirakı ilə qılınıb.

TodayPress TV xəbər verir ki, Bəşər Əsəd rejiminin süqutundan sonra keçirilən ilk Qurban bayramında camaat birlikdə təkbirlər gətirərək saf tutub, dua edib.

Ölkənin müxtəlif bölgələrindən gələn inanclı insanlar Emevi məscidində namaza qatılaraq Suriyanın əmin-amanlığı və rifahı üçün dualar ediblər.

Digər şəhərlərdə də bayram namazından sonra minlərlə insan itirdikləri yaxınlarının məzarlarını ziyarət edib və qurban kəsmə məntəqələrinə üz tutub.

Qiymət Mahir

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər