İrəvanın Tehranla bağlı “qırmızı xətti” – Paşinyan açıqladı
Ermənistan İrana qarşı sanksiyalara qoşula bilər .
TodayPress TV xəbər verir ki, Ermənistan hökuməti İrana qarşı tətbiq edilən yeni ABŞ sanksiyaları paketini araşdırır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan bütün tərəfdaşları ilə münasibətlərində şəffaf siyasət yürüdür və dost ölkələrlə əlaqələrin qorunmasına çalışır.
Baş nazir eyni zamanda Ermənistanın sanksiyalara məruz qalma riskini nəzərə almalı olduğunu vurğulayıb.