Ermənistanda Tsarukyanın kürəkəni saxlanıldı, yaxın adamı həbs edildi - VİDEO
Ermənistanda Artaşat icmasının keçmiş rəhbəri və Qaqik Tsarukyanın kürəkəni Arqam Abrahamyan ölkənin Milli Təhlükəsizlik Xidməti tərəfindən saxlanılıb.
TodayPress TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bununla yanaşı “Multi Group” konserninin sabiq baş direktoru və direktorlar şurasının keçmiş sədri Sedrak Arustamyan həbs edilib. Məlumata görə, məhkəmə Arustamyan barəsində iki aylıq həbs qətimkan tədbiri seçib.
Arustamyanın həbsi “Multi Group” konserninin sahibi və partiyanın lideri Qaqik Tsarukyana qarşı açılan cinayət işi çərçivəsində baş verib.
Arustamyan iki ay müddətinə həbsdə saxlanılacaq.
Türkan İsgəndərli