Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirildi

Ermənistanda Təhlükəsizlik Şurasının iclası keçirildi
26.11.2025 15:46 Dünya

Ermənistanın baş naziri Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.

TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, iclasda şuranın gündəliyində duran cari və strateji təhlükəsizlik məsələləri müzakirə olunub. Toplantıda rəsmi üzv olmasa da, Ermənistan prezidenti Vaaqn Xaçaturyan da iştirak edib.

Qeyd olunur ki, Nazirlər Kabinetinin rəhbərliyinin iştirakı ilə Təhlükəsizlik Şurasının bu tərkibdə sonuncu iclası apreldə baş tutmuşdu.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər