Ermənistanda növbəti parlament seçkilərinin tarixi açıqlandı
Ermənistanda növbəti parlament seçkiləri 7 iyun 2026-cı ildə keçiriləcək.
TodayPress TV xəbər verir ki, bu barədə Ermənistan parlamentinin sədri Alen Simonyan özünün "Telegram" kanalında məlumat verib.
“Bu gün 7 iyundur. Ermənistan Respublikasının Milli Məclisinə növbəti seçkilər düz bir il sonra – 2026-cı ilin 7 iyununda baş tutacaq”, - deyə Simonyan yazıb.
Qeyd edək ki, Ermənistanda sonuncu parlament seçkiləri 2021-ci ildə keçirilmişdi.
Töhfə Səməd