Ermənistanda keçmiş deputat tutuldu

Ermənistanda keçmiş deputat tutuldu
18.07.2025 21:40 Dünya

Ermənistan parlamentinin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.

TodayPress TV xəbər verir ki, Ermənistan İstintaq Komitəsi onun dövlət çevrilişinə açıq çağırış ittihamı ilə saxlanıldığını açıqlayıb.

Keçmiş deputatın saxlanılmasına iyulun 1-də yayılmış müsahibəsi səbəb olub.

O, barəsində həbs qərarı verilməsi üçün məhkəməyə çıxarılacaq.

Qeyd edək ki, rusiyalı biznesmen, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər