Ermənistanda dindarlar ayağa qalxdı

Ermənistanda dindarlar ayağa qalxdı
27.06.2025 13:10 Dünya

Erməni Apostol Kilsəsinin (EAK) Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyana qarşı irəli sürülən "hakimiyyəti zorla ələ keçirməyə çağırış" ittihamı fonunda onu saxlamağa gələn hüquq-mühafizə orqanlarının əməkdaşları müqavimətlə qarşılaşıblar.

TodayPress TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. 

Hadisə yerindən yayımlanan görüntülərə əsasən, arxiyepiskop hüquq-mühafizəçilərin qarşısına vəkili Ara Zohrabyan və bütün ermənilərin katolikosu II Qareginlə birlikdə çıxıb. Lakin Eçmiədzinə toplaşan dindarlar hüquq-mühafizə orqanlarına arxiyepiskopu aparmağa imkan verməyiblər.

Polislə dindarlar arasında qarşıdurma baş verib. Nəticədə arxiyepiskop Mikael Acapaxyan yenidən Müqəddəs Eçmiədzin kompleksi ərazisinə qayıdıb. Hazırda Eçmiədzində zənglər çalınır.

Töhfə Səməd 

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər