Ermənistan və Litva arasında siyasi dialoq müzakirə olundu
Aprelin 13-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Litva xarici işlər nazirinin müavini Odra Plepyteni qəbul edib.
TodayPress TV xəbər verir ki, bu barədə "NEWS.am" məlumat yayıb.
Rəsmi məlumata görə, görüşdə Ermənistan-Litva ikitərəfli münasibətlərində siyasi dialoqun davamlı inkişaf etdiyi vurğulanıb.
Tərəflər həmçinin Ermənistan–Avropa İttifaqı əməkdaşlığı, viza rejiminin liberallaşdırılması prosesi, regional inkişaf və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
Türkan İsgəndərli