Ermənistan Rusiya sərhədçilərini Axurikdən çıxarmağa hazırlaşır
Dünya
13.01.2026 11:00
Ermənistan hakimiyyəti yaxın zamanlarda Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən Rusiya sərhədçilərini çıxarmaq niyyətindədir.
TodayPress TV xəbər verir ki, bu barədə "NEWS.am" saytına diplomatik mənbələrdən məlumat verilib.
Bildirilib ki, Axurik keçid məntəqəsinin təhvil verilməsi barədə qərar artıq qəbul edilib, hətta ərazidə bayraq dirəyi də quraşdırılıb. Bununla belə, Rusiya sərhədçiləri məntəqədə qalmağa davam edəcəklər.
Hazırda Türkiyə istiqamətindəki dəmir yolu xəttinin vəziyyəti qiymətləndirilir.
Digər mənbələrin məlumatına görə, Türkiyə tərəfi artıq Marqara keçid məntəqəsi yaxınlığında tikinti işlərinə başlayıb. Türkiyənin bu addımı və Axurik məntəqəsinin işə salınması ehtimalı yaxın gələcəkdə sərhədlərin açılması ilə bağlı niyyətlərin ciddiliyindən xəbər verir.
Aysel Mətləb
tag: Ermənistan,Türkiyə,Rusiya,Axurik,Todaypress.tv,
